"Crocus" hücumunun təşkilatçılarından biri öldürüldü
    • 4-05-2024, 05:56
    • 178

"Crocus" hücumunun təşkilatçılarından biri öldürüldü

Daha əvvəl Moskva vilayətində təhlükəsizlik qüvvələrinin əlindən qaçan "Crocus" terror aktını hazırlamaqda və terror aktında iştirakda şübhəli bilinən şəxs Leninqrad vilayətində saxlanılarkən güllələnib. 

News24.az ednews-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb. 

Bildirilib ki, FTX əməkdaşları tərəfindən Leninqrad vilayətində həbs cəhdi zamanı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin agenti Nikolay Surnov zərərsizləşdirilib. 

Qeyd edək ki, aprel ayında Surnov saxlanma zamanı qaça bilmişdi.