6-7 yaşlı bacıları qarajın arxasına aparıb təcavüz etdi
    • 4-05-2024, 06:25
    • 196

6-7 yaşlı bacıları qarajın arxasına aparıb təcavüz etdi

Arxangelsk Vilayət Məhkəməsində 47 yaşlı yerli sakin uşaq bağçasının yanında gəzən altı və yeddi yaşlı iki bacını aldadaraq onlara təcavüz etdiyinə görə 11 il həbs cəzası alıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "Lenta.ru"ya Rusiya İstintaq Komitəsinin (İK) Arxangelsk vilayəti və Nenets Muxtar Dairəsi üzrə istintaq idarəsindən məlumat verilib.

Bildirilir ki, o, iki azyaşlının köməksiz vəziyyətdən istifadə etməklə törədilmiş digər cinsi xarakterli hərəkətlər maddəsi ilə təqsirli bilinib. O, cəzasını ciddi rejimli koloniyada çəkəcək.

İstintaqın məlumatına görə, cinayət 2023-cü il iyulun 16-da axşam saatlarında baş verib. Zərərçəkənlər uşaq bağçasının yaxınlığında gəzirmiş və müttəhim onlara yaxınlaşıb. Kişi pişik balasını tutmaq üçün uşaqlardan kömək istəyib. Bu yolla o, bacıları qarajların arxasına çəkib və onlara qarşı cinsi xarakterli hərəkətlər edib. Hadisədən sonra uşaqlar hər şeyi qohumlarına danışıb, onlar da dərhal polisə müraciət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədən şəxsi müəyyən edərək onu saxlayıblar.