Rusiyanın yeni hədəfi bu ölkədir:
    • 1-08-2023, 12:17
    • 282

Rusiyanın yeni hədəfi bu ölkədir: "VƏZİYYƏT TƏHLÜKƏLİDİR"

"Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda, münaqişə xəttində yeni hadisələr baş verir. Polşanın baş naziri Mateusz Moravetski iddia edib ki, Rusiyaya qarşı dövlət çevrilişinə cəhd edən və hazırda Belarusda olan “Vaqner” silahlı dəstələri Polşa sərhədinə yaxınlaşır. Vəziyyət getdikcə daha təhlükəli olur. Hadisələr gərginlik fonunda davam edir". 

News24.az xəbər verir ki, bunu Türkiyənin təhlükəsizlik mütəxəssisi Abdullah Ağar deyib. 

Moravetski qeyd edib ki, “Vaqner”ə məxsus 100-dən çox muzdlu əsgər Litva və Polşa arasında Baltik dənizi sahilində yerləşən Rusiyanın Kalininqrad bölgəsinə doğru irəliləyir: “Vəziyyət təhlükəlidir. Bu, şübəsiz ki, Polşa torpağına daha çox hibrid hücumlara doğru atılan addımdır”.

Hadisələr fonunda belə bir sual ortaya çıxır: Rusiyanın yeni hədəfi Polşa ola bilər?

Ekspert vurğulayıb ki, Rusiyanın yeni hədəfi Almaniyadır.

“ABŞ və NATO Rusiya ilə birbaşa münaqişə halında olmadığını göstərərir. Lakin vəziyyəti Ukrayna üzərindən icra edir. Rusiya əslində bu işin arxasında əsas günahkar kimi Almaniyanı görür”. 
 
Arzu