-
- 1-08-2023, 12:57
- 488
"Vaqner" Polşa sərhədində: YENİ ƏRAZİ İDDİALARI, YOXSA ƏZƏLƏ NÜMAYİŞİ?
"Vaqner" hərbi birləşməsinin Belarusda cəmləşdirilməsi Rusiyanın qonşu dövlətlərə ərazi iddialarının tərkib hissəsidir".
Bunu News24.az-a açıqlamasında siyasi şərhçi Anar Əliyev "Vaqner" muzdlularının Belarusun Polşa ilə həmsərhəd ərazilərində hərbi təlimlərini şərh edərkən dedi.
Onun sözlərinə görə, bu addım təkcə Polşanın özü üçün deyil, bütövlükdə Şərqi Avropa regionuna çox ciddi risklər yaradır.
A. Əliyev əlavə edib ki, Rusiya yaxın aylarda Ukrayna ilə danışıqlara başlamasa, son dərəcə ciddi itkilərlə üzləşə bilər:
"Vaqner"in Polşa-Belarus sərhədində möhkəmlənməsi Rusiyanın Ukrayna planlarının və Qərblə mübarizəsinin mühüm elementlərindəndir. Ölkəsinin nələri itirəcəyini yaxşı bilən Putin alternativ variantlarla qərbi güzəştə məcbur etmək istəyir. Rusiya həm baltikyanı, həm də Polşa üçün ciddi təhlükəyə çevriləcək "Vaqner"in Belarusa, oradan da Polşa ilə sərhədə daşınması ilə proseslərə yeni istiqamət verməyə çalışır. Bu proseslərin yekunu olaraq qərb Rusiya ilə razılaşmaya getməsi, habelə münaqişənin Ukrayna sərhədindən kənara çıxmaması üçün bu ölkəyə təzyiq göstərə, beləliklə də onu danışıqlara məcbur edə bilər. Son günlər Ukrayna prezidenti Volodimir Zelenski Qərbin dəstəyinin hərbi əməliyyatları uğurla keçirməsinə imkan vermədiyi barədə bəyanatlar verir. Hesab edirəm ki, "vaqner"çilərin bir neçə ay ərzində Polşa sərhədinə aktiv yaxınlaşması Qərbi Rusiya ilə anlaşmaq məcburiyyətində qoya bilər. Biz buna Qərbin reaksiyasını avqust-sentyabr aylarında görə biləcəyik. Qərb mətbuatında artıq Rusiya ilə gizli müzakirərlə bağlı informasiyalar yayılmaqdadır. Bu addımlar diqqətlə izlənilir. Rusiya isə bir neçə münaqişə ocağı formalaşdırmaqla qərbi seçim qarşısında qoymağa çalışır".
Digər siyasi ekspert, Natiq Miri isə Rusiya prezidenti Vladimir Putinin guya Stalin tərəfindən Polşaya ərazi güzəştləri edildiyi barədə bəyanatını yada salır. Onun sözlərinə görə, bu kimi açıqlamalar məhz ərazi iddialarının tərkib-hissəsidir.
"Bu, növbəti Rusiya fitnəsidir. Anoloji açıqlamalar növbəti dəfə Polşanı açıq şəkildə təhdid etməyə hesablanıb. Bu ölkə NATO-nun üzvüdür. Bu səbəbdən onlara qarşı hər hansı hərbi aktivlik NATO-ya da yönəlmiş olacaq. Bu da indiki halda Rusiyaya lazım deyil. NATO-nun arsenalı Rusiyaya qarşı çevrilsə, ölkə buna tab gətirə bilməyəcək."Vaqner" vasitəsilə Rusiya NATO-ya təhlükə törədə bilməz. Köhnə silahlardan istifadə edən "Vaqner" Avropanın qarşısında məğlub olacaq. Məhz bu səbəbdən adı çəkilən hərbi birləşmənin iddiaları gülüş doğurur. "Vaqner"in Polşa sərhədinə istiqamətlənməsi sadəcə təhdid yaratmağa hesablanıb. Bu addımın Qərbi heç bir halda ciddi narahat etməyəcəyini düşünürəm",- deyə politoloq əlavə etdi.
Fərid Azəri