“Müharibə Rusiya ərazisinə keçəcək” - Podolyak
    • 1-08-2023, 15:13
    • 181

“Müharibə Rusiya ərazisinə keçəcək” - Podolyak

“Tezliklə müharibə tamamilə Rusiya ərazisinə keçəcək”.

News24.az xəbər verir ki, bu fikirləri Ukrayna prezidentinin aparatının müşaviri Mixail Podolyak deyib.

O, Moskvaya edilən dron hücumlarından söz açıb: “Rusiyada bundan sonra baş verəcək hər bir hadisə müharibəyə səbəb ola bilər”. 

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi iyulun 30-da Ukraynanın pilotsuz təyyarələrlə Moskva və Moskva vilayətinə hücuma cəhd etdiyini açıqlayıb. Bloklanmış dronlardan biri “Moskva-Siti” biznes mərkəzində göydələnə çırpılaraq binaya ziyan vurub.