Zaxarovadan erməni jurnalistə İRAD - OBYEKTİV OLUN
    • 2-08-2023, 15:34
    • 696

Zaxarovadan erməni jurnalistə İRAD - OBYEKTİV OLUN

"Bakı və Xankəndi arasında danışıqların başlanmasını dəstəkləyirik". 

News24.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. 

O, diqqətə çatdırıb ki, ölkəsi tərəflərin mövqelərinin yaxınlaşması istiqamətində fəaliyyətini davam etdirir:

"Tərəflər arasında dialoqun qurulması gündəmdədir. Rusiya sülhməramlıları daha əvvəl belə Bakı ilə Xankəndinin təmsilçiləri arasında görüşün təşkilinə bundan sonra da dəstək verməyə hazırdır". 

Rusiya XİN-in rəsmi nümayəndəsi həmçinin sözü gedən sualı ünvanlayan erməni jurnalistə irad tutaraq, onu tərəfsiz olmağa çağırıb:

"Bunun üçün anlamaq lazımdır ki, şüara daha çox bənzəyən fikirlər birgə işə mane olmaqla yanaşı, qıcıqlanmaya və təxribatlara səbəb ola bilər. Ona görə də mən sizi sual verərkən maksimal dərəcədə obyektiv olmağa çağırıram. Onu da başa düşürəm ki, sizi ya bitərəf qalmaq, ya da öz ölkənizin mövqeyini müdafiə etmək kimi bir seçim qarşısında qoyublar". 

Fərid Azəri