-
- 11-07-2023, 18:21
- 278
"BQXK xəbərdarlığa məhəl qoymasa, fəaliyyətinə xitam veriləcək"
“Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb. Bu, Azərbaycan Respublikasının qanunlarının kobud şəkildə pozulması faktlarıdır. Bu, ölkəmizin humanitar təşkilat olan BQXK-yə olan etimadından sui-istifadə olunmasıdır. Komitə Ermənistanda separatçılığa meyillənmiş qüvvələrlə iş birliyi qurur. Təhlükəli proseslərdə və qanunsuz işlərdə onlara dəstək göstərməyə çalışır. Azərbaycan dövləti prosesləri nəzarətdə saxlayacaq. Əgər biz bu faktlar əsasında məlumatlar əldə etmişiksə, deməli nəzarətimiz heç vaxt zəifləməyəcək”.
Bu sözləri News24.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, komitənin məqsədi münaqişə zonalarında müharibə reallıqlarında insanlara köməklik göstərməkdən ibarətdir.
“Onlar gərək siyasi məsələlərə qatılmadan problemlərin həlli istiqamətində addımlar atsınlar. Çətinlikdə olan insanlar göməlidirlər ki, onlar tək qalmayıblar. Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra biz bu təşkilatla əməkdaşlıq edirdik. Onların sərhədyanı bölgələrdə təmas xətti boyunca bəzi fəaliyyətləri var idi. Bu gün isə səhv addımlarını görəndə təəssüf hissi keçirdik. Hesab edirəm ki, bununla bağlı lazımi səviyyədə xəbərdarlıq edilib. Şübhəsiz ki, komitə xəbərdarlığa məhəl qoymasa, fəaliyyətinə xitam veriləcək. Bu, tam doğru bir qərar olar, çünki biz dəfələrlə beynəlxalq təşkilatları, dövlətləri, siyasi dairələri xəbərdar edirik ki, ərazilərimizdə baş verən bütün konfliktlərin, münaqişələrin səbəbkarı Ermənistandır.
Müharibə Azərbaycan torpaqlarında gedib. Dağıntılara məruz qalan bizik. Böyük infrastrukturumuz məhv edilib, şəhərlərimiz və kəndlərimiz yerlə yeksan edilib. Qızıl Xaç Komitəsi bunu anlayıb lazımi nəticəni çıxarmalıdır. Əks halda deməli, onlar birtərəfli şəkildə selektiv yanaşma nümayiş etdirirlər və günahkar olan ölkəni dəstəkləyirlər. Düşünürəm ki, bu məsələ beynəlxalq informasiya müstəvisində diqqətdə saxlanılmalıdır. Beynəlxalq birliklər də məlumatlanmalıdır ki, sözügedən komitədə qanunsuz davranış edənlər cəzalandırılsınlar”, - T.Abbasov qeyd edib.
Arzu