Astarada ata doğma qızı tərəfindən QƏTLƏ YETİRİLDİ
    • 2-08-2023, 17:03
    • 819

Astarada ata doğma qızı tərəfindən QƏTLƏ YETİRİLDİ

Astarada ata doğma qızı tərəfindən qətlə yetirilib.

Astara rayon prokurorluğundan News24.az-a verilən məlumata görə, avqustun 1-də Astara rayonunun Çürkəş kənd sakini 1952-ci il təvəllüdlü Qubad Əliyevin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin zərərçəkmişin qızı 1987-ci il təvəllüdlü Rühəngiz Əliyeva tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Rühəngiz Əliyeva rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub. 

İbtidai istintaq davam etdirilir.


Samir Əli