-
- 2-08-2023, 17:18
- 184
3 min avtomobili olan gəmidə 10 gündür davam edən yanğın söndürüldü
Almaniyadan Misirə gedən təxminən 3 min avtomobili daşıyan yük gəmisində iyulun 24-də başlayan yanğının söndürüldüyü bildirilib.
News24.az xəbər verir ki, yerli mətbuatın məlumatına görə, iyulun 24-də Hollandiyanın Ameland adası yaxınlığında “Fremantle Highway Flower” yük gəmisində baş verən yanğın söndürülüb.
Təxminən 10 gündür davam edən və elektromobildən çıxdığı ehtimal edilən yanğının böyük maddi ziyana səbəb olduğu bildirilib.
Almaniyanın Bremeverhaven şəhərindən Misirə doğru hərəkət edən yük gəmisində 25-i elektrik olmaqla 3000-ə yaxın avtomobil olub.
Yanğından sonra göyərtədə olan avtomobillərdən yalnız 800-nün istifadəyə yararlı olduğu bildirilib.
Yanğın zamanı 1 nəfər ölüb, 22 ekipaj üzvü yüngül xəsarətlərlə xilas edilib.
Aydan