“Yeni Klinika”dan bayrağımıza hörmətsizlik - FOTO
    • 2-08-2023, 19:58
    • 737

“Yeni Klinika”dan bayrağımıza hörmətsizlik - FOTO

Bakıda tanınmış tibb müəssisələrindən biri olan “Yeni Klinika”nın qarşısında Azərbaycan bayrağı tərsinə asılıb.

News24.az  KONKRET.az-a istinadla xəbər verir ki, milli dəyərlərimizə hörmətsizlik göstərən klinika rəhbərliyi Azərbaycanın dövlət bayrağına da sayğısızlıq nümayiş etdirib. Hələ dövlət rəmzinin hansı qaydada asılması barədə məlumatı olmayan “Yeni Klinka” rəhbərliyi bayrağı asmazdan qabaq onun rənglərinin necə sıralanmasına fikir verməliydi.

Bayraq xalqımızın qürur yeri, namusudur. Azərbaycanın Dövlət rəmzlərindən olan bayraq həm də and yerimizdir. Dalğalandıqca qürur duyduğumuz üçrəngli bayrağımızın hər rəngi özündə bir məna kəsb edir. Mavi, qırmızı və yaşıl rəngdən ibarət olan Azərbaycanın Dövlət bayrağına hörmət isə hər bir Azərbaycan vətəndaşının borcudur. Lakin rastlaşdığımız bu mənzərə bayrağımıza olan hörmətsizliyi özündə ehtiva
edir.