-
- 4-08-2023, 17:05
- 348
Nazirlər Kabinetinin işlər müdirinə qarşı quldurluq edən hakim qarşısına ÇIXARILDI
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan külli miqdarda pul almaqda təqsirləndirilən 54 yaşlı iş adamı, “SV-QRUP” MMC-nin həmtəsisçisi Vahid Xələfovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
News24.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Vahid Xələfov dövlət tərəfindən təyin olunan vəkildən imtina edib. O qeyd edib ki, bundan sonra onun hüquqlarını vəkil Osman Kazımov tərəfindən müdafiə edəcək.
Vəkil Osman Kazımov məhkəmə materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası avqustun 11-ə təyin edilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilov bu il aprelin 6-da hüquq-mühafizə orqanlarına müraciət edərək səhər saat 08:00 radələrində avtomobilinə hücum edildiyini deyib. Bildirib ki, tanışı Vahid Xələfov səhər saatlarında Xəzər rayonu Şağan qəsəbəsində idarə etdiyi "Lexus” markalı, avtomobilin qarşısını kəsib. Həmin şəxsin əlində silaha bənzəyən əşya ilə avtomobilə zərbələr endirdiyini və hədə-qorxu ilə pul tələb etdiyini deyib.
V.Xəlilova qarşı Cinayət Məcəlləsinin 182.4-cü (hədə-qorxu yolu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Onu da qeyd edək ki, tərəflər arasında xeyli vaxtdır tikinti məsələləri ilə bağlı məhkəmə çəkişmələrinin getdiyi bildirilir.
Samir Əli