"ABŞ dünyaya zərər verəcək" - ÇİN SƏFİRİ
    • 5-08-2023, 09:38
    • 184

"ABŞ dünyaya zərər verəcək" - ÇİN SƏFİRİ

ABŞ hakimiyyəti bazar prinsiplərinə zidd olan və bütün dünyanın maraqlarına zərər vuran istehsal və logistika zəncirlərini qırmağa yönələn tədbirlər görür. 
 
News24.az
xəbər verir ki, bu barədə Çinin Vaşinqtondakı səfirliyinin nümayəndəsi Liu Penqyu bildirib.
 
O, Reuters nəşrinə şərh edib ki, gələn həftə ABŞ prezidenti Co Bayden Çində hərbi modernləşdirməyə töhfə verən texnologiyaların inkişafına kömək edən ABŞ investisiyalarının qarşısını almaq üçün tədbirlər tətbiq edəcək. O, bu  istiqamətdə sərəncam imzalamağı planlaşdırır.

Onun fikrincə, Amerika tərəfi texnologiya və ticarətlə bağlı məsələləri daim siyasiləşdirir. Penqyu bildirib ki, Vaşinqton onlardan milli təhlükəsizlik naminə alət və silah kimi istifadə edir.

“ABŞ iqtisadiyyat və ticarətdə beynəlxalq nizamı pozan, bütün dünyanın maraqlarına zərər vuran istehsalın tədarük zəncirlərinin bölünməsinə və parçalanmasına nail olmağa çalışır. Biz hadisələrin inkişafını yaxından izləyəcək, hüquq və maraqlarımızı əzmlə müdafiə edəcəyik", - diplomat bildirib.

Arzu