-
- 7-08-2023, 15:27
- 167
Pentaqon insanları belə izləyir! Yeni agent sosial media!
ABŞ qlobal miqyasda sosial mediada paylaşılan görüntüləri kəşfiyyat məlumat toplama metodunun mərkəzinə yerləşdirib.
News24.az “Haber Global”-a istinadla xəbər verir ki, Pentaqon daxilində açılan bölmədə xüsusilə Rusiya-Ukrayna müharibəsi ilə bağlı sosial media görüntülərindən kəşfiyyat məlumatları əldə edilir.
Bununla da İranın İHA-nın Rusiyada olması sübuta yetirilib. ABŞ rəsmiləri müharibə zamanı açıq mənbəli sosial media görüntülərinin prioritet kəşfiyyat məlumatlarına çevrildiyini də vurğulayıblar.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) kəşfiyyat bölməsi olan Müdafiə Kəşfiyyat İdarəsi (DİA) məsələ ilə bağlı mediaya açıqlamalar verib. Səlahiyyətlilər açıqlamalarında Rusiyanın Ukrayna müharibəsində istifadə etdiyi PUA-ların sosial mediaya düşən görüntülər sayəsində İranda hazırlandığını anladıqlarını bildiriblər.
ABŞ kəşfiyyatının hesabatlarında İranın keçən ildən Rusiyaya İHA tədarük etdiyi bildirilsə də, İran bu iddianı heç vaxt qəbul etməyib. Səlahiyyətlilər indiyə qədər bu istiqamətdə heç bir kəşfiyyat sübutu tapa bilməyiblər, lakin sosial media görüntüləri bu iddiaya sübut təqdim edib. ABŞ rəsmiləri də bildirirlər ki, sosial media görüntüləri informasiya sistemində sübut kimi qeyd olunur.
Aydan