Məşhur rejissorun meyiti bir ildən çox yaşadığı evdə qaldı
    • 7-08-2023, 21:03
    • 293

Məşhur rejissorun meyiti bir ildən çox yaşadığı evdə qaldı

Rusiyalı teatr rejissoru Svetlana Cimbinovanın meyiti Moskvanın Universitetski prospektindəki mənzilində tapılıb.

 
News24.az-ın məlumatına görə, bu barədə yerli hüquq-mühafizə orqanlarından məlumat verilib.

 
“İlkin məlumata görə, qadın ötən il dünyasını dəyişib. Onun yoxluğu ilə qonşuları maraqlanıb və polisə müraciət ediblər”, - deyə bildirilib.

 
Vurğulanıb ki, qadın təbii səbəblərdən ölüb. Cəsədin üzərində zorakılıq izlərinə rast gəlinməyib.