"Müqayisə edilə bilməz" BLİNKEN PUTİNƏ MÜNASİBƏT BİLDİRİB
    • 8-08-2023, 13:06
    • 112

"Müqayisə edilə bilməz" BLİNKEN PUTİNƏ MÜNASİBƏT BİLDİRİB

Rusiyanın bir sıra Afrika ölkələrinə taxılın pulsuz daşınması onun dəyərinin artmasına mane olmayacaq və ərzaq bazarındakı vəziyyəti dəyişməyəcək.
 
News24.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Fransanın “RFI” radiosuna müsahibəsində deyib. 

Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin 5-6 Afrika ölkəsinə 50 min ton pulsuz taxıl göndərəcəyini açıqlamışdı.

Blinkenin sözlərinə görə, ABŞ inkişaf etməkdə olan ölkələrə 20 milyon ton taxıl ixrac edib ki, bu da Moskvanın niyyəti ilə müqayisə oluna bilməz.
“Rusiyanın təklif etdiyi okeanda bir damladır. Bu problemi həll etmir. Bu, qiymət artımını dayandırmayacaq. Bu, milyonlarla ton taxılın bazardan çıxarılması və xüsusilə inkişaf etməkdə olan ölkələrdə ehtiyacı olanların istifadəsinə verilməməsi faktını dəyişməyəcək”, - deyə o bildirib.

Arzu