Sabah məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
    • 8-08-2023, 15:26
    • 288

Sabah məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

Sabah saat 11:00-dan 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start veriləcək.

Bu barədə News24.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 11 avqust saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 15 avqust saat 11:00-da aktiv ediləcək.