Kənan Doğulunun ad günü şənliyi qonşularını narahat etdi - Evinə polislər gəldi
    • 1-06-2024, 22:30
    • 374

Kənan Doğulunun ad günü şənliyi qonşularını narahat etdi - Evinə polislər gəldi

Türkiyəli məşhur müğənni Kənan Doğulunun ötən axşam 50 illik yubileyi münasibətilə şəxsi evində təşkil etdiyi ad günü şənliyinə polis müdaxilə edib.

News24.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Magazine Online" məlumat yayıb.

Xəbərə görə, Doğulu ziyafətdən əvvəl qonşularına məktub göndərərək, yarana biləcək səs-küyə görə üzr istəyib. Lakin gecə yarısından sonra artmağa davam edən səs-küy qonşuları hiddətləndirib və polis gəlib.

Qeyd edək ki, Doğulu və aktrisa həyat yoldaşı Beren Saat çoxsaylı qonaqların axın etdiyi parti üçün ciddi hazırlıq görüblər.