“Milan” 600 milyon avro dəyərində yeni stadion tikəcək
    • 5-03-2019, 20:13
    • 984

“Milan” 600 milyon avro dəyərində yeni stadion tikəcək

“Milan” və “İnter” hazırkı “San-Siro” stadionunun yaxınlığında yeni arenanın birgə tikintisi layihəsini nəzərdən keçirirlər. “Rossoneri” artıq meriyanın razılığını əldə edib, ona yalnız “Neradzurri”nin qərarını gözləmək qalıb.

Stadion 60 min tamaşaçı üçün nəzərdə tutulur. Layihəyə görə, Milan klublarının hazırkı ev stadionu söküləcək, cəmi bir neçə yüz metr aralıda 60 min yerlik yeni qurğu Nyu-Yorkda yerləşən “MetLife Stadium”un modeli əsasında tikiləcək. Layihəyə, həmçinin konsertlərin təşkili üçün 5 min yerlik stadion və yeni ticarət mərkəzi daxildir.
Dəyəri təxminən 600 milyon avro təşkil edən yeni stadionun 2023-cü ilədək tikiləcəyi gözlənilir.
“Milan”ın icraçı direktoru İvan Qazidis “İnter” komandasından olan həmkarı Alessandro Antonello ilə birgə artıq Amerika Birləşmiş Ştatlarına səfər edib, “Goldman Sachs” bankı ilə tikintinin maliyyə variantlarının müzakirəsini aparıb və digər müasir stadionların layihələri ilə tanış olublar.