Prezidentin  qızının 240 milyon dollarlıq mülk imperiyası: MÜSADİRƏ EDİLDİ
    • 9-08-2023, 12:12
    • 150

Prezidentin qızının 240 milyon dollarlıq mülk imperiyası: MÜSADİRƏ EDİLDİ

Böyük Britaniyada Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarənin əmlakı müsadirə edilib.

News24.az xəbər verir ki, bu barədə Serious Fraud Office (SFO) məlumat yayıb. 

Sənəddə deyilir: “Böyük Maliyyə Fırıldaqlarına Qarşı Mübarizə Xidməti Gülnarə Kərimovanın üç dəbdəbəli daşınmaz əmlak obyektinə nəzarəti ələ keçirib.

Agentliyin məlumatına görə, 20 milyon funt sterlinqdən artıq məbləğdə əmlak müsadirə edilib. Qeyd edilir ki, söhbət iki mənzil və bir malikanədən gedir. 2019-cu ilin mart ayının əvvəlində Kərimova cəza çəkmə şərtləri pozulduğu üçün  koloniyaya köçürülüb.

Avqust ayında ona qarşı dövlət vəsaitini mənimsəmə və dövlət maraqlarına zidd sövdələşmələr törətmə maddələri ilə yeni iş açılıb.

Dəymiş ziyanın məbləği 165 milyon dollar və 85 milyard sumdan (təxminən 9 milyon dollar) çox qiymətləndirilir”, - mətbuat xidməti bildirir.

Yeni araşdırmaya görə, diktatorun pop ulduz və diplomat kimi tanınan qızı Londondan tutmuş Hong Kong-a qədər orda aldığı mülklərə 240 milyon dollar xərcləyib.


“Freedom For Eurasia”nın araşdırmasına görə, Gülnarə Kərimova rüşvət və korrupsiya yolu ilə əldə etdiyi vəsaitlə Britaniya şirkətlərindən istifadə edərək ev və təyyarə alıb. Məlumata görə, London və Britaniyanın Virgin adalarındakı mühasibat firmaları sövdələşmələrdə Böyük Britaniya şirkətləri adından bu işləri görüb. 


Prokurorlar onu Böyük Britaniya, Rusiya və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla, 12 ölkədə 1 milyard dollardan çox vəsaitə nəzarət edən cinayətkar qrupun üzvü olmaqda ittiham ediblər.


"Kərimova işi bütün zamanların ən böyük rüşvət və korrupsiya işlərindən biridir", - “Freedom For Eurasia” hesabatının və Oksford Universitetinin tədqiqatçısı Tom Mayne deyib.


Arzu