Lənkəranda qadın özünü körpüdən atmaq istədi - VİDEO
    • 9-08-2023, 15:03
    • 171

Lənkəranda qadın özünü körpüdən atmaq istədi - VİDEO

Lənkəranda  gənc qadın intihara cəhd edib.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Hirkan kəndi ərazisində baş verib.

Məlumata görə, 23 yaşlı qadın ailəli olub, ailədaxili problemlərdən bezərək özünü Ələt-Astara magistralının üzərindən keçən körpüdən atmaq qərarına gəlib.

Hadisə şahidləri qadını fikrindən daşındırmağa çalışsalar da qadın heç kimsəyə məhəl qoymayaraq intihar etmək istəyib.

Xoşbəxtlikdən  həmin vaxt  ərazidən keçən Lənkəran polis şöbəsinin əməkdaşının  intihara cəhdin qarşısı alıb və qadını xilas edib.