-
- 12-01-2023, 18:50
- 389
Prokuror iki yaşlı uşağı oğurlayan qadına ağır cəza istədi
Bakının Sabunçu rayonunda 2 yaşlı uşağı oğurlamaqda ittiham olunan Gültəkin Muradovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
News24.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.
Prokuror Gültəkin Muradovanın verilmiş ittihamla təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan mərhum edilməsini istəyib.
İttiham olunan şəxsin vəkili müdafiə çıxışında təqsirləndirilən şəxsə şərti cəza verilməsini xahiş edib. Məhkəmə Gültəkin Muradovaya son söz üçün sabaha qədər vaxt verib.
İttihama görə, 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyevin itkin düşməsi barədə polisə məlumat daxil olub.
2022-ci ilin yanvarın 8-də Sabunçu rayon Polis İdarəsi və 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində Məhəmməd Şıxəliyev tapılıb.
Polisin keçirdiyi əməliyyat nəticəsində 2 yaşlı uşağı oğurlayan Beyləqan rayon sakini Gültəkin Muradova həbs edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham elan edilib.