"Aztelekom"dan FETÖ əməliyyatı ilə bağlı AÇIQLAMA- YENİLƏNDİ - VİDEO
    • 10-08-2023, 10:16
    • 1 360

"Aztelekom"dan FETÖ əməliyyatı ilə bağlı AÇIQLAMA- YENİLƏNDİ - VİDEO

Müxtəlif kütləvi informasiya vasitələrində hüquq mühafizə orqanları tərəfindən "Aztelekom" MMC-də iki şəxsin həbs edilməsi barədə yayılan məlumatla bağlı bildirmək istəyirik ki, "Aztelekom" MMC-yə hüquq mühafizə orqanları tərəfindən mövzu ilə əlaqədar hər hansı sorgu, məlumat və s. daxil olmayıb.

Bu, "Aztelekom"dan News24.az-ın sorğusuna cavab olaraq bildirilib. 

Qurumdan bildirilib ki, bu kimi təsdiqini tapmayan məlumatların hansı səbəblərdən kütləvi informasiya vasitələrinə sızdırılması "Aztelekom" tərəfindən araşdırılır: "Media nümayəndələrini rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq".

19:08

Xəbər verdiyimiz kimi, bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan "Aztelekom" telekommunikasiya şirkəti FETÖ əməliyyatı keçirildiyi ilə bağlı məlumat yayılıb. Gununsesi.info iddia edilir ki, Aztelekom-da iki şəxsi həbs edilib. Onların FETÖ-çu olduğu ehtimal edilir. Həmin şəxslərə rəsmi ittihamın nədən ibarət olması bilinmir.

Məsələyə aydınlıq gətirmək üçün, "Aztelekom"la əlaqə saxladıq. “Aztelekom” MMC-nin İctimaiyyətlə əlaqələr üzrə meneceri Alidə Mustafayeva News24.az-a açıqlamasında bildirdi ki, bu barədə heç kimə açıqlama verilməyib:

"Bu barədə heç bir media qurumuna açıqlama verməmişik. Rəsmi sorğu göndərin".

Qumral