“Aztelekom”dan OĞURLUQ EDİLDİ
    • 12-11-2021, 13:26
    • 386

“Aztelekom”dan OĞURLUQ EDİLDİ

“Aztelekom” MMC-nin Abşeron filialından oğurluq edən şəxs tutulub.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinə Fatmayı, Digah və Goradil kəndləri ərazilərində “Aztelekom” MMC-nin Abşeron filialına məxsus 750 metr kabelin oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Mirbalazadə müəyyən edilərək saxlanılıb.