Bu ölkə Tehrandakı səfirliyinin  fəaliyyətini 7 ildən sonra bərpa etdi
    • 9-08-2023, 17:18
    • 277

Bu ölkə Tehrandakı səfirliyinin fəaliyyətini 7 ildən sonra bərpa etdi

Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi 7 ildən sonra fəaliyyətini bərpa edib.

News24.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi “İRNA” məlumat verib.

Mövzu ilə bağlı Səudiyyə Ərəbistanından hələlik heç bir açıqlama verilməyib.
2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr əl-Nimr də daxil olmaqla 47 nəfər “terrorçuluq” ittihamı ilə edam edilib.

Edamlara reaksiya verən İran rəsmilərinin açıqlamalarından sonra İranda nümayişçilər tərəfindən Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəd şəhərindəki konsulluq binası yandırılıb.
Bu hücumlardan sonra Səudiyyə Ərəbistanı rəhbərliyi, 3 yanvar 2016-cı il İranlıilə diplomatik əlaqələri kəsdiyini açıqlayıb.

Aydan