Səudiyyə Ərəbistanının iki əsas fondu Qarabağa yatırım edə bilər - Nazir
    • 19-12-2022, 10:43
    • 308

Səudiyyə Ərəbistanının iki əsas fondu Qarabağa yatırım edə bilər - Nazir

İşğaldan azad edilmiş Azərbaycan torpaqlarında bərpa və yenidənqurma prosesinə Səudiyyə Ərəbistanı İnkişaf Fondu və Səudiyyə İnvestisiya Fondu tərəfindən maliyyə vəsaiti ayrıla bilər.

News24.az xəbər verir ki, bunu Azərbaycan Səudiyyə Ərəbistanı Müştərək Komissiyasının 7-ci iclasında çıxış edən maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, Səudiyyə Ərəbistanından olan özəl şirkətlərin də Qarabağın bərpa prosesində iştirakı nəzərdən keçirilə bilər.

Nazir həmçinin əlavə edib ki, indiyə qədər Qarabağın yenidən qurulmasına 4 milyard dollar vəsait xərclənib.