-
- 6-03-2019, 00:02
- 1 000
BNA-dan sabiq deputatın qızı ilə yaşanmış qalmaqalla bağlı AÇIQLAMA FOTO
"Avtobus dayanacağını zəbt edib maşını orda saxlamaq at oynatmaq deyil, bəs nədir"?
News24.Az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev facebook sosial şəbəkə hesabında yazıb.
M. Ağayev sabiq deputat Xeyrəddin Qocanın qızı və BNA-nın əməkdaşları ilə arasında yaşanmış xoşagəlməz olaydan dolayı az müddət əvvəl sosial şəbəkədə paylaşdığı fikirlərə qarşılıq olaraq, bunları yazıb:
"04.03.2019 tarixində Xeyrəddin Qoca "“Bakı Nəqliyyat Agentliyinin əməkdaşları pul yığmaq üçün şəhərdə “at oynadırlar”" kimi fikirlər yazaraq, sosial şəbəkədə Agentliyin ünvanına şər və böhtan xarakterli ifadələr işlədib. Bununla yanaşı, Xeyrəddin müəllim bəzi informasiya saytlarına da eyni məzmunda açıqlama verib.
Əslində nə baş verib?
Demək, Xeyrəddin müəllimin qızı idarə etdiyi dövlət qeydiyyat nişanı 90 VB 565 olan avtomobilini Parlament prospektində - 20 nömrəli məktəbin qarşısındakı avtobus dayanacaq məntəqəsinin ərazisində qeyri-qanuni olaraq park edib. 10 dəqiqə 9 saniyədən sonra Qanunsuz Parklanmaya İntelektual Nəzarət Sisteminin kameraları vasitəsi ilə qayda pozuntusu qeydə alınıb və sürücü barəsində cərimə sanksiyası tətbiq edilib. Xeyrəddin müəllim isə qızının qayda pozuntusuna haqq qazandırmaq üçün başlayıb sosial şəbəkədə Bakı Nəqliyyat Agentliyinin ünvanına sərt və heç bir əsası olmayan şər və böhtan xarakterli fikirlər bildirməyə.
Çox hörmətli Xeyrəddin müəllimin diqqətinə çatdırmaq istərdik ki, onun qızının və digər sürücülərin zəbt etdiyi dayanacaq məntəqəsi ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahatlığı, avtobuslardan təhlükəsiz istifadəsi üçündür. Avtobus dayanacaq məntəqəsinin ərazisini zəbt etmək onlarla insanın tıxacda qalmasına səbəb olmaq, lüzumsuz yerə onlara əsəb və stres yaşatmaqdır".
Azər NƏSİBOV