Kim Çen Indən orduya müharibəyə hazırlaşmaq ƏMRİ
    • 10-08-2023, 13:35
    • 146

Kim Çen Indən orduya müharibəyə hazırlaşmaq ƏMRİ

Şimali Koreya lideri Kim Çen In silahlı qüvvələrin baş komandanını əvəzləyib və mümkün müharibəyə hazırlaşmağa, silah istehsalını artırmağa və hərbi təlimləri genişləndirməyə çağırıb

News24.az xəbər verir ki, bu barədə Reuters yazıb.

Xəbər verildiyi kimi, Kim Çen Inın Şimali Koreyanın adları açıqlanmayan düşmənlərinin qarşısını almaq üçün əks tədbirlər planlarını müzakirə edən Mərkəzi Hərbi Komissiyanın iclasında bəyanat verib.

O da məlum olub ki, Kim Çen Inın bu vəzifədə təxminən 7 aya yaxın qalan ölkənin baş generalını vəzifəsindən uzaqlaşdırıb. Yüksək rütbəli hərbçinin işdən çıxarılmasının səbəbləri də açıqlanmayıb.