-
- 29-07-2024, 18:37
- 243
Azərbaycanlı Rusiya vətəndaşlığından məhrum edildi
Krasnoyarsk diyarında ağır cinayətlər törətmiş iki əcnəbi Rusiya vətəndaşlığından məhrum edilib.
News24.az Lent.az-a istinadən xəbər verir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi maddəsi ilə 8,6 il məhkum olunan Tacikistan vətəndaşı vətəndaşlığını itirib. O, 2008-ci ildə vətəndaşlıq alıb.
İkincisi azyaşlıya qarşı cinsi zorakılığa görə 17 il müddətinə azadlıqdan məhrum edilmiş azərbaycanlıdır. O, 2008-ci ildə də vətəndaşlıq alıb.
Vətəndaşlıqdan məhrum edilən əcnəbilər cəzasını çəkdikdən sonra Rusiyanı tərk etməli olacaqlar.