-
- 11-08-2023, 13:37
- 535
"Ərinin qətlini sifariş verən qadının işini qərəzli aparılıb" - Vəkil
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda sifarişlə qətl törədən mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
News24.az-ın məlumatına görə, hakim Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxs Əzizə Seyidlinin vəkili vəsatətlə çıxış edib. O bildirib ki, ibtidai istintaqda Əzizə Seyidli təzyiqlərə məruz qalıb, üzləşmə prosesi keçirilməyib:
"Təqsirləndirilən şəxs Mehdi Məmmədov ibtidai istintaqa ifadəsində qətlə yetirilən şəxslə şəxsi münaqişısi olduğunu və bu işin Əzizə Seyidli ilə heç bir əlaqəsinin olmadığını desə də, müstəntiq bu ifadəni nəzərə almayıb. Müstəntiqə dəfələrlə üzləşmə keçirilməsini xahiş etsəm də, o heç bir üzləşmə keçirmədi. Mehdi Məmmədovla görüşüb danışdığım protokollaşdlrılmadı və işə əlavə edilmədi. Məhkəmədən xahiş edirəm, bu nüanslar nəzərə alınsın".
Müşavirədən sonra məhkəmənin baxış iclası avqustun 16-na təyin olunub.
Xatırladaq ki, sözügedən qətl hadisəsi bu il martın 16-da Sabunçu rayonunda baş verib.
Həmin gün 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elnur Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında cinayətin Əli Seyidlinin arvadı Əzizə Seyidovanın sifarişi əsasında Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyev tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Samir Əli