Hakimimiz Ermənistan millisinin oyununu İDARƏ EDƏCƏK
    • 14-08-2023, 11:32
    • 275

Hakimimiz Ermənistan millisinin oyununu İDARƏ EDƏCƏK

Azərbaycanlı hakim-inspektor Elçin Səmədli Ermənistanın futzal yığmasının oyununa təyinat alıb.

News24.az
Publika.az-a istinadən xəbər verir ki, o, futzal üzrə DÇ-2024-ün elit mərhələsində keçiriləcək Gürcüstan – Ermənistan matçında iş başında olacaq.

Beynəlxalq dərəcəli hakim-inspektor sentyabrın 15-də Tbilisidə baş tutacaq görüşdə referilərin işinə qiymət verəcək.