“Evdə bir yerdə olanda dava düşür” - Sevda Yahyayeva
    • 21-05-2024, 21:30
    • 237

“Evdə bir yerdə olanda dava düşür” - Sevda Yahyayeva

"Anam və qayınanam bizdədirlər. Bir də dayələr var. İndi hər yerə rahat gedib, gələ bilirəm". 

News24.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Söhbət var" verilişində deyib. Sənətçi övladlarından danışıb. O bildirib ki, uşaqlarına baxmaqda ona anası və qayınanası yardım edir. 

"Boş olanda vaxtımı uşaqlarıma ayırıram. Böyük qızımın 1,5 yaşı var, balaca 5 aylıqdır. Artıq baxçaya gedir. Yaş fərqi azdır deyə, ikisi də əkiz kimidir. Evdə bir yerdə olanda dava düşür. Balacanı qucağıma alanda, böyük ağlayır ki, məni də götür" deyə, Sevda söyləyib. 

Sənətçi həyat yoldaşı Zakir Bayramovla münasibətlərindən də söz açıb: 

"Evdə adi Sevdayam. İşlə bağlı getdiyim yerdə Sevda Yahyayevayam. Qapımdan içəri girəndə dəyişirəm. Müğənniyəm, tanınmışam səhnədə, tamaşaçı üçün. Evdə isə adi, Zaikirin həyat yoldaşı Sevdayam. Onun iş tapşırmağı xoşuma gəlir. O qədər mədəni formada nəyisə istəyir ki: zəhmət olmasa köynəyimi ütülə, yeməyi hazırla".