"Ermənistan istəyir ki, hər iki istiqamətdə əməliyyat aparaq" - POLİTOLOQ
    • 14-08-2023, 18:34
    • 257

"Ermənistan istəyir ki, hər iki istiqamətdə əməliyyat aparaq" - POLİTOLOQ

“Ermənistan təxribatları ilə regionda yeni hərbi-siyasi vəziyyət yaratmaq istəyir”. 

News24.az-ın məlumatına görə, bunu RTV-yə açıqlamasında siyasi-şərhçi İlqar Vəlizadə bildirib. 

O, qeyd edib ki, qarşı tərəf bu kimi addımlarla Azərbaycanın regionda antiterror əməliyyatı aparmağa təhrik etmək istəyir: 

“Təxribatlar yeni hərbi-siyasi vəziyyətin yaranmasına hesablanıb ki, nəticədə Ermənistanın rəsmi müttəfiqi olan Rusiya və digər oyunçular onun tərəfindən iştirak eləsin. Əslində separatçılar Rusiyanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, eyni zamanda onların təəssübkeşləri olan Fransa, İran və Hindistanı hərəkətə gətirmək istəyirlər. Onlar daha geniş və mütəşəkkil dəstəyə nail olmaq niyyətindədirlər ki, Azərbaycana daha geniş təzyiq göstərsinlər.

Antiterror əməliyyatının keçirilməsi həmişə real olub. Biz onu heç vaxt gizlətməmişik. Bu vəziyyət bilavasitə Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə antiterror əməliyyatına zərurət yaratmır. 

Digər tərəfdən, separatçıların Ermənistandan aldığı dəstəyin qarşısını almaq üçün bu əməliyyatların aparılması zəruridir. İndiki şəraitdə Ermənistan onu istəyir ki, biz hər iki istiqamətdə əməliyyat aparaq”.


Fərid Azəri