ABŞ Ukraynaya Krımı unutmağı TƏKLİF ETDİ
    • 14-08-2023, 16:25
    • 217

ABŞ Ukraynaya Krımı unutmağı TƏKLİF ETDİ

Ukrayna münaqişəni dayandırmaq və döyüşlər nəticəsində dağılan infrastrukturu qorumaq üçün Krım üzərində nəzarətin yaradılması ideyasından əl çəkməlidir.

News24.az xəbər verir ki, bunu RBC telekanalının efirində hərbi ekspert, Dövlət Departamentinin və ABŞ Müdafiə Nazirliyinin siyasi məsləhətçisi Edvard Lutvak deyib.

“Ukraynanın infrastrukturu hər gün məhv edilir və bu, Ukraynanın müharibəni dayandırması üçün çox yaxşı səbəbdir. Müharibəyə son qoymaq üçün onlar Krımı unutmalıdırlar”, - Luttvak bildirib.

O vurğulayıb ki, Qərb Kiyevi sülhə məcbur etmək üçün ona maliyyə və hərbi təzyiq göstərə bilər. Beləliklə, Ukrayna dövlətçiliyini qoruyub saxlaya və müstəqil şəkildə inkişaf vektorunu seçə biləcək.

Aynurə