Şenol Günəşlə bağlı Cənubi Koreyadan açıqlama
    • 21-05-2024, 22:20
    • 276

Şenol Günəşlə bağlı Cənubi Koreyadan açıqlama

Cənubi Koreya Milli Komanda Komitəsinin sədri Jung Hae-Seong baş məşqçi Şenol Günəş və transferdə adı keçən digər namizədlərlə bağlı açıqlamalar verib.

News24.az xəbər verir ki, Jung Hae-Seong Cənubi Koreyanın milli yayımı olan KBS vasitəsilə milli komandanın məşqçi transferinin hekayəsini açıqlayıb.

“O CƏNUBİ KOREYADA YAŞAMAQ İSTƏMİRDİ”

Komitə sədri məşqçi namizədlərindən biri Cessi Març haqqında "O, Koreyada yaşamaq istəmirdi. Getməyimizin ən böyük səbəbi bu oldu" deyib.

O bildirib ki, Cessi Març artıq namizədlər arasında yoxdur.

"O CƏNUBİ KOREYA ÜÇÜN İSTƏKLİ GÖRÜNMÜRDÜ"

Hae-seong başqa bir namizəd, Herve Renard haqqında deyib:

"O, video müsahibədə ən pis balı aldı, çünki Koreyada işləmək istəmirdi. Daha sonra Avropada onunla üzbəüz müsahibə planlaşdırdım". 

“Söz-söhbətlər doğru deyil”

Hvanq Hae-Seonq haqqında o, "Onu məşqçi təyin etdiyimiz barədə yayılan xəbərlər doğru deyil. Lakin o, Paris Olimpiadasına vəsiqə qazansaydı, məşqçi olmaq şansı olardı" deyib

ŞENOL GÜNEŞİN BƏYANATI

Məşqçi namizədi Şenol Günəş haqqında, "Namizədlərdən biri idi, amma onunla danışıqlar aparmaq fikrimiz yox idi. Biz onu sadəcə bazarlıq predmeti kimi düşünürdük. Jesse Marsch'dan biri ilə müqavilə imzalamağı ümid edirdik".

Cənubi Koreya milli komandasına namizədlərin seçiminə yenidən başlamağı planlaşdırdıqları vurğulanıb.

Günel Məlikzadə