Hillari Klinton sükutu POZDU:
    • 15-08-2023, 12:56
    • 187

Hillari Klinton sükutu POZDU: "TRAMP VƏ ONUN MÜTTƏFİQLƏRİ..."

ABŞ prezidentliyinə keçmiş namizəd Hillari Klinton Trampın həqiqəti susdurmaq cəhdini pisləyib.

News24.az
xəbər verir ki, keçmiş birinci xanım və ABŞ dövlət katibi Hillari Klinton, "Tramp və müttəfiqlərinin həqiqəti susdurmağa çalışmaq səylərinin üzə çıxdığını" söyləyib. O, bu barədə MSNBC telekanalına müsahibəsində danışıb.

“Keçmiş prezidentin bu dəhşətli mühüm cinayətlərdə ittiham olunduğu ölkəmiz üçün dəhşətli bir məqamdır. Yeganə məmnunluq sistemin işləməsidir. Ədalət zəfər çalacaq”, - deyə Klinton bildirib.

Qeyd edək ki, münsiflər heyəti ABŞ-ın keçmiş prezidenti Donald Trampı səsvermədən sonra 2020-ci il prezident seçkilərinin nəticələrinə təsir etmək cəhdində ittiham edib.

Aynurə