BMT ECOWAS-ı dəstəkləyir
    • 15-08-2023, 23:14
    • 168

BMT ECOWAS-ı dəstəkləyir

BMT Nigerdəki münaqişənin həllində Qərbi Afrika Millətlər Birliyinə (ECOWAS) və Afrika İttifaqına dəstəyini davam etdirir. 

News24.az xarici mediaya istinadən xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib. 

"Xüsusi nümayəndəmiz bütün tərəflərlə əlaqə saxlayır, lakin hazırda sizinlə bölüşəcək heç bir yeni məlumatımız yoxdur" deyə Dujarrik əlavə edib.

Qeyd edək ki, avqustun 10-da ECOWAS Baş Qərargah Rəisləri Komitəsinə Nigerdəki üsyanla əlaqədar təcili olaraq ehtiyat qüvvələri yerləşdirməyi tapşırmışdı. 
Günəş Mərd