-
- 7-03-2019, 12:52
- 589
Elektron qayda məcburi köçkünlərə də şamil olunacaq
Məcburi köçkün məktəblərində də qeydiyyat elektron qayada da keçiriləcək.
News24.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva deyib. O, bildirib ki, işğal olunmuş rayonların müxtəlif yerlərdə yerləşən məktəbləri üçün də bu şərait yaradılıb:
“Bakı, Sumqayıt, Abşeron və digər rayonlar elektron sistemə qoşulursa, bu o demək deyil ki, yalnız o ərazilərə tabe olan məktəblər elektron sistemə qoşulmalıdır. Həmin rayonda yaşayan bütün uşaqlar bu imkanlar yaradılacaq. İşğal olunmuş rayonların müxtəlif yerlərdə yerləşən məktəbləri üçün də bu şərait yaradılıb. Valideyn rahat şəkildə məktəbə müracit etmədən elektron qaydada istədiyi məktəbi seçə bilər. Heç bir fərqli yanaşma tətbiq olunmayacaq”.
Sevinc YASİNQIZI