Putinin sevimli generallarından biri də ÖLDÜ
    • 16-08-2023, 20:01
    • 466

Putinin sevimli generallarından biri də ÖLDÜ

Moskvada uzun sürən xəstəlikdən sonra Rusiya Qəhrəmanı, general-polkovnik Gennadi Jidko dünyasını dəyişib

News24.az xəbər verir ki, bu barədə Xabarovsk diyarının qubernatoru Mixail Deqtyarev Telegram kanalında bildirib.

Qeyd edək ki, Gennadi Jidko 1965-ci il sentyabrın 12-də Özbəkistanın Yeniabad şəhərində anadan olub.

Daşkənd Ali Tank Komandanlığı Məktəbini bitirib.

2016-cı ildə Rusiya Silahlı Qüvvələrinin Suriyadakı Baş Qərargah rəisi, 2018-ci ildə isə Şərq Hərbi Dairəsinin komandanı vəzifələrində çalışıb. 2021-ci ildə Jidko müdafiə nazirinin müavini təyin edilib.

2017-ci ildə Rusiya Federasiyasının Qəhrəmanı adına layiq görülən Jidko Putinin sevimli generallarından hesab edilirdi.

2022-ci ilin iyulunda onu Viktor Qoremikin əvəz edib. 6 iyul - 5 oktyabr 2022-ci il tarixlərində Gennadi Jidko yenidən Hava Hücumundan Müdafiə Qüvvələrinin qoşunlarına rəhbərlik edib.

Bəzi KİV-lər onun 2022-ci ilin mayında Ukraynadakı Rusiya Silahlı Qüvvələrinə rəhbərlik etdiyini yazıblar.

2022-ci ildən isə yenidən Şərq Hərbi Dairəsinin qoşunlarının komandanı olub.

AYLIN