DOST rəhbərliyində yeni TƏYİNAT
    • 16-08-2023, 20:49
    • 428

DOST rəhbərliyində yeni TƏYİNAT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinə məxsus “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” MMC-nin direktoru Pərvinə İsmayılova vəzifəsindən azad edilib.
 
News24.az-ın məlumatına görə, şirkətə rəhbərlik Nigar Məmmədovaya həvalə olunub.

Xatırladaq ki, “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” DOST Agentliyinin Müşahidə Şurasının 5 oktyabr 2021-ci il tarixli qərarı ilə yaradılıb.