Danimarka gücləndirilmiş sərhəd nəzarətinin müddətini artırıb
    • 16-08-2023, 22:03
    • 200

Danimarka gücləndirilmiş sərhəd nəzarətinin müddətini artırıb

Danimarka polisi sərhəd nəzarətini gücləndirmək qərarının qüvvədə olma müddətini avqustun 22-dək uzadıb.


News24.az TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun yaydığı press-relizdə bildirilib.

“Mövcud təhlükə mənzərəsinin inkişafı ilə əlaqədar olaraq, polis 22 avqust 2023-cü il tarixinə qədər Danimarkanın daxili sərhədlərində müvəqqəti olaraq aktiv fəaliyyətini davam etdirəcək”, - məlumatda deyilir.