Aİ Liviyadakı münaqişə tərəflərini dialoqa çağırıb
    • 17-08-2023, 00:45
    • 174

Aİ Liviyadakı münaqişə tərəflərini dialoqa çağırıb

Avropa İttifaqı Liviyadakı silahlı fəaliyyətlərdən narahatdır və tərəfləri dialoq və deeskalasiyaya çağırır.

News24.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzəri ali nümayəndəsi Jozep Borel Liviyadakı son silahlı toqquşmalar barədə verdiyi bəyanatda bildirib.

“Tripolidə toqquşmalar, görünür, səngisə də, Avropa İttifaqı bütün tərəfləri vəziyyətin deeskalasiyası və sakitliyi bərpa etmək üçün silahlı toqquşmalardan çəkinməyə və dialoqa davam etməyə çağırır”, - diplomatın bəyanatında deyilib.

Sənəddə həmçinin “zorakılıq aktlarında iştirak edən” münaqişə tərəflərini “beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərinə” hörmət etməyə və mülki şəxslərin müdafiəsini təmin etməyə çağırıb.