-
- 7-03-2019, 13:56
- 594
Ombudsman: "Əfvlə bağlı işlər o qədər asan deyil"
"Mənim əfvlə bağlı təkliflərim bayramdan bayrama olmur".
News24.az xəbər verir ki, bunu Ombudsman Elmira Süleymanova Novruz bayramında gözlənilən əfvlə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Elmira Süleymanova hər ayın sonu cəzaçəkmə müəssisələrinə getdiyini açıqlayıb:
“Cəzaçəkmə müəssisələrindən, məhkumların ailələrindən gələn bütün təklifləri yekunlaşdırıb, hər ayın sonu Əfv Məsələləri üzrə Komissiyaya göndərirəm. Ombudsmana gələn müraciətlər aylarla, illərlə saxlanılmır”.
Ombudsman qeyd edib ki, əfvlə bağlı işlər o qədər asan deyil:
“Elə adam var ki, səhvə yol verir. Amma gördüyü işin sonunun nə olacağına düşüncəsi çatmır. Cəzaçəkmə müəssisəsində məhkumlarla görüşümdə deyirəm ki, dərd sizin dərdiniz deyil. Çünki gündə dörd dəfə yeyirsiniz, içirsiniz. Əsas ailə üzvləriniz çətinlik çəkirlər. Problem təkcə maddi cəhətdən olmur, eyni zamanda, oğlanlar atasız, natamam ailələrdə böyürürlər”.