"Ukraynanın əks-hücum əməliyyatı etməkdə əsas məqsədi..." - XİN naziri
    • 18-08-2023, 10:59
    • 220

"Ukraynanın əks-hücum əməliyyatı etməkdə əsas məqsədi..." - XİN naziri

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba əks-hücum və Rusiyanın Afrikadakı mövcudluğu ilə bağlı açıqlamalar verib. Ukrayna ordusunun bütün torpaqlarını geri alana qədər döyüşəcəyini deyən Kuleba, Rusiyanın Afrika ölkələrinə təzyiq etdiyini də qeyd edib.

News24.az xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bildirib ki, onların əks-hücum əməliyyatında məqsədləri ölkənin 1991-ci il sərhədlərinə qayıtmaq olub.

“Məqsədimiz qələbə qazanmaqdır. Torpaqlarımızı xilas etməklə biz 1991-ci il sərhədlərimizə qayıdacağıq. Bunun nə qədər vaxt aparacağı bizi maraqlandırmır. Nə qədər ki, ukraynalıların bu məqsədi var, biz hökumət olaraq bu tələbi yerinə yetirmək üçün birlikdə hərəkət edəcəyik”, - deyə nazir əlavə edib.

Kuleba AFP-yə eksklüziv müsahibəsində, əks-hücum gözlənildiyindən daha yavaş irəlilədiyi üçün Qərbdən heç bir təzyiq hiss etmədiklərini söyləyib.

O, ilk böyük qələbənin tənqidləri yatıracağını da diqqətə çatdırıb:

“Biz Qərbdən heç bir təzyiq hiss etmirik. İctimai sahədə ekspertlərin və şərhçilərin səsi getdikcə ucalmağa başlayır. Bu, doğrudur. Ancaq Ukrayna cənubda və ya şərqdə ilk böyük qələbəsini əldə etdikdən sonra hər şey sakit olacaq”.

Kuleba deyib ki, Afrikanın Ukrayna taxılından məhrum olması ölkələrə ziyan vurur.

Aynurə