Sibel Can konsertinin aparıcısı açıqladı "Xanımlara xüsusi sürpriz olacaq" - VİDEO
    • 7-02-2019, 17:01
    • 1 096

Sibel Can konsertinin aparıcısı açıqladı "Xanımlara xüsusi sürpriz olacaq" - VİDEO

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur ifaçısı Sibel Can "Liatris Holding"in təşəbbüsü, "Liatris Production"un təşkilatçılığı ilə 8 mart Beynəlxalq Qadınlar Günü paytaxtın Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edəcək.

News24.az-ın məlumatına görə, çoxlarının səbirsizliklə gözlədiyi gecənin aparıcısı Nanə Ağamalıyeva konsertlə bağlı açıqlama verib:

“Bu təklif mənə gələndə təbii ki, çox sevindim. Bilirəm ki, “Liatris Holding” və oranın rəhbəri Ruhi xanım Əliyeva tərəfindən çox yüksək səviyyədə bir konsert hazırlanır. Çünki bundan öncə təşkil olunan Sıla konserti tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı. 

Konsertdə çox gözəl sürprizlər olacaq. Bir sözlə dünyanı gözəlləşdirən əziz və gözəl xanımlarımız məhz 8 martda həm dincələcəklər həm də sürpriz hədiyyələrlə qarşılaşacaqlar. Bir yenilik və təqdimat da olacaq. Bilirəm ki, biletlər də artıq demək olar ki, satılıb. Odur ki, bütün xanımlara tələsməyi məsləhət görürəm. Çünki Sibel Canla Bakı Konqres Mərkəzində baş tutacaq konsert bizim günümüz olacaq”.

Teymur MƏMMƏDOV
Video: Fərid ŞABANOV