Zelenski dünyadan KÖMƏK İSTƏDİ
    • 19-08-2023, 18:41
    • 135

Zelenski dünyadan KÖMƏK İSTƏDİ

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsini qorumaq üçün dünyadan kömək istəyib.

News24.az xəbər verir ki, o, bu barədə “X”də paylaşım edib.“Mən dünyanı Rusiya terroruna qarşı durmağa çağırıram. Ukraynanı özünü qorumaq üçün əlavə vasitələrlə təmin edin. Rusiya bu müharibədə uduzmalıdır”, - Zelenski yazıb.

O, dünya dövlətlərini Rusiyaya qarşı mübarizəyə çağırıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb./Axar.az /