-
- 19-08-2023, 20:40
- 186
ECOWAS Nigerdəki üsyançılardan prezidenti azad etməyi TƏLƏB ETDİ
Nigerdəki böhranın sülh yolu ilə həllinə nail olmaq üçün Niameydə olan Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) nümayəndə heyəti üsyançılardan iyulun sonunda devrilmiş prezident Məhəmməd Bazumun azad edilməsini tələb edib.
News24.az xəbər verir ki, bu barədə "Əl Ərəbiyyə" telekanalı məlumat yayıb.
Məlumata görə, ECOWAS nümayəndə heyəti devrilmiş prezident Mohamed Bazoum-un azad edilməsinin prioritet tələb olduğunu bildirib.
ECOWAS nümayəndə heyətinin səfər proqramına Vətənin Mühafizəsi üzrə Milli Şuranın rəhbəri general Abdurahman Tchiani və müvəqqəti baş nazir Əli Mahaman Lamine Zein ilə görüş daxildir.
Qeyd edək ki, ECOWAS nümayəndə heyəti şənbə günü Niameyə gəlib.
Günəş Mərd