Azərbaycan XİN Macarıstanı təbrik etdi
    • 20-08-2023, 18:35
    • 103

Azərbaycan XİN Macarıstanı təbrik etdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Macarıstanı təbrik edib.

News24.az xəbər verir ki, bu barədə XİN-in “X” sosial şəbəkə hesabında paylaşım olunub.

“Macarıstanın Milli Günü münasibətilə dost Macarıstan xalqına və hökumətinə ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.

Biz Azərbaycan-Macarıstan ənənəvi dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik”, - XİN-in paylaşımında qeyd edilir.