-
- 21-08-2023, 09:59
- 224
Hökumət qərar verdi: Sosial şəbəkələr qadağan edildi
Somalinin Rabitə və Texnologiya Nazirliyi sosial media platformaları olan “Tiktok”, “Telegram” və mərc saytı “1XBET”i qadağan etmək qərarına gəlib.
News24.az xəbər verir ki, qərar nazirliyin təşkil etdiyi “Rabitə, internet və sosial media təhlükəsizliyi konfransı”ndan sonra verilib.
Konfransda somalili gənclərin həyatına mənfi təsir göstərən və hətta ölümlərə səbəb olan sosial platformaların bağlanmasının vacib olduğu bildirilib./teleqraf/