Alkoqolizmə qarşı peyvənd yaradıldı
    • 21-08-2023, 11:35
    • 150

Alkoqolizmə qarşı peyvənd yaradıldı

Alkoqol asıllığı ilə mübarizə üçün peyvənd yaradılıb.

News24.az xəbər verir ki, bu barədə “Nature Medicine”  məlumat yayıb. 

 ABŞ-ın Ohayo ştatının alimləri alkoqolizmlə mübarizə üçün gen metodu təklif edilib. 

 Yerli universitetin Tibb Mərkəzinin tədqiqatçıları müvafiq peyvəndi icad ediblər.

Dərman meymunlar üzərində sınaqdan keçirilib. Əvvəlcə alkoqoldan asılı olan meymunlar sonradan alkoqola həvəs göstərməyiblər. Heyvanlara hazırlanmış peyvənd vurulub və onların 90 faizi alkoqola həvəsi dayandırıb.

Dərman beynin dopamin istehsalına cavabdeh olan hissəsinə təsir göstərir. Əyyaşlarda bu hormonun sintezi kəskin şəkildə azalır, buna görə də həzz gətirən spirtdən imtina etmək onlar üçün çox çətindir.

Peyvənddən sonra bədən daha çox dopamin istehsal etməyə başlayır. Tezliklə dərmanın insanlar üzərində klinik sınaqları aparılacaq. 

Ayşən