Türk dövlətləri liderləri növbəti görüşünün vaxtı AÇIQLANDI
    • 21-08-2023, 13:15
    • 59

Türk dövlətləri liderləri növbəti görüşünün vaxtı AÇIQLANDI

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısının vaxtı məlum olub.

News24.az TDT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, təşkilatın 10-cu sammiti bu il noyabrın 3-də Qazaxıstanın Türküstan şəhərində keçiriləcək.

Bundan əlavə, noyabrın 2-də Türküstanda TDT-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Xatırladaq ki, 2022-ci ildə TDT sammiti Səmərqənddə keçirilib./apa/